Çərşənbə, 15 May

Bu ölkədə aztəminatlı insanlara pulsuz taxıl VERİLƏCƏK

image

Hindistan gələn il ölkədə təxminən 813 milyon aztəminatlı insanı pulsuz taxılla təmin edəcək.

Xəbər verilir ki, bu barədə Hindistanın XİN başçısı Subrahmanyam Caişankar tviter hesabında yazıb:

“Milli Qida Təhlükəsizliyi Qanunu çərçivəsində 800 milyondan çox insan 2023-cü ilin dekabr ayına qədər taxıl məhsullarından pulsuz faydalana biləcək”.

O bildirib ki, sözügedən qanunla Hindistanın ərzaq təhlükəsizliyi qorunacaq.

Hindistanın səhiyyə naziri Mansuh Mandaviya da bu qanunla yoxsullara pulsuz taxıl veriləcəyini qeyd edib.

Onun sözlərinə görə, hökumət bu proqrama təxminən 24,2 milyard dollar xərcləyəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00