Çərşənbə, 15 May

Azərbaycanda tanınmış həkim ad günündə təqaüdə göndərildi - FOTO

image

Azərbaycanın tanınmış həkimi, 15 saylı şəhər poliklinikasının baş həkimi Mürsəl Həmidov yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Xəbər verilir ki, dekabrın 23-də onun əmri verilib, dekabrın 25-də isə 70 yaşı tamam olub.

Qeyd edək ki, Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. O, uzun müddət Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimi vəzifəsində çalışıb. 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.

Bir il sonra isə təyinatı dəyişdirilib və 2016-cı ildən 15 saylı şəhər poliklinikasına rəhbərlik edib.

Onun yerinə Vahid İbrahimov təyin olunub. O, kollektivə təqdim edilib. V. İbrahimov 11 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00