Bazar ertəsi, 29 Aprel

Savaş varlı ukraynalıları da “kasıblaşdırdı”: bəziləri “Forbes”un siyahısından çıxdılar

image

Ukraynada Rusiyanın başlatdığı işğalçı savaş yerli zənginlərə də neqativ mənada ciddi təsir göstərib.

Xəbər verilir, ki “Forbes” jurnalının yeni siyahısı bunu göstərir.
Ukraynanın ən varlı adamı hesab olunur ki, Rinat Axmetov 9,3 milyard dollar itirib, Pyotr Poroşenko ilk 10-luğa daxil olmayıb, Dmitri Kolomoyski isə ümumiyyətlə reytinqə daxil edilməyib.

“Forbes”a görə, Ukraynanın zənginləri arasında olan ilk 20-lik bu il 20 milyard dollardan çox itirib və onların ümumi sərvəti 22,5 milyard dollara çatır.

Beləliklə, Rinat Axmetov hələ də reytinqdə birinci yerdədir, lakin onun sərvəti 13,7 milyard dollardan 4,4 milyard dollara qədər azalıb. Bununla o, 9,3 milyard dollar itirib ki, bu da ukraynalı top-iş adamları arasında ən yüksək göstəricidir. Axmetov Mariupolun itirilməsindən sonra iki əsas zavodundan – “Azovstal” və “İliç” dən məhrum olub. Tam miqyaslı işğaldan əvvəlki dövrdə bu iki müəssisə 8,6 milyon ton polad istehsal edirdi. Ukrayna metallurgiyasında həmin müəssisələrin payı 40% olub.

İkinci və üçüncü yerləri “Grammarly” şirkətinin təsisçiləri Maksim Litvin və Aleksey Şevçenko tutur ("Forbes"-a görə hər birinin sərvəti 4 milyard dollardan 2,3 milyard dollara qədər azalıb).

“Forbes” tarixində ilk dəfə olaraq ən zəngin ukraynalıların reytinq cədvəlində ilk üçlükdə xammal iqtisadiyyatının nümayəndələri deyil, İT şirkətinin sahibləri yer alıb”, - deyə yazıda qeyd olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39