Şənbə, 04 May

İranda etirazlar genişlənir- Telekommunikasiya qülləsinə od vuruldu

image

İranda etiraz aksiyaları genişlənir.

Xəbər verilir ki, ötən gün İranın Buşehr, Şiraz, Mahabad və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.

Etirazlarda “Şücaətinizi artırın!”, “Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!", “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilib.

Onu da qeyd edək ki, Qazaxıstanın Almaatı şəhərində keçirilən Şahmat üzrə dünya çempionatında İranın bu yarışlardakı yeganə şahmatçısı Sara Xadimüşşərifə hicabsız çıxış edib.

Tehranın Vəli-Əsr küçəsində etirazçılar hökumət banerinin üzərinə inqilabçı şüarlar yazılmış plakat asıblar. Plakatda "Şücaətinizi artırın! Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!" yazılıb.

Tehranda etirazçılar divarlara hökumətə qarşı "Xameneyiyə ölüm!" şüarı yazmaqda davam ediblər.

Mahabad şəhərində hökumət qüvvələrinin öldürdüyü şəxslərin 40 mərasimindən sonra onların yaxınları hökumətə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları "Xameneyiyə ölüm!”, “Diktatora ölüm!" şüarları səsləndiriblər.

Təbrizdə Urmiya şəhərindən olan milli fəal Səid Mahmudi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Təbrizdə Cəmaran mənzil kooperativ şirkətinin üzvləri də etiraz aksiyası keçirib.

Buşehr şəhərində molla rejiminə qarşı etirazçılar bələdiyyə binasına uzaq məsafədən Molotov kokteylləri atıb.

Şirazda etirazçıların öldürülməsində böyük rolu olan polis polkovniki Fəzlullah Mənsuri öldürülüb. 

İsfahanda yaşayan əlil vətəndaş Ava Cahangiri telefonla təhlükəsizlik orqanlarından birinə çağırılıb. O, ümumxalq etirazları zamanı hicabını çıxarıb, əlil arabasında küçədə digər vətəndaşlara gül verib.

Ərak şəhərində molla rejiminə qarşı etirazçılar telekomunikasiya qülləsinə od vurub.

Bəlucistan əyalətində naməlum şəxslər polis baş leytenantı Məhəmməd Zur adlı zabiti öldürüblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15