Çərşənbə, 15 May

Mərdəkanda yeni tikilməkdə olan binanın həyətində naməlum kişi meyiti tapıldı - FOTO

image

Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Fotoda gördüyünüz şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00