Çərşənbə axşamı, 14 May

Ağstafada 3 bacı dəm qazından zəhərləndi

image

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

Xəbər verilir ki, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar - Nərmin Rasim qızı Məmmədova, Zeynəb Rasim qızı Məmmədova və Fatimə Rasim qızı Məmmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00