Şənbə, 04 May

Xameneyinin qərarında Laricani SİRRİ - Əsl məqsəd üzə çıxdı

image

"İranın Ali dini rəhbəri Ayətullah Xameneyinin hicabla bağlı səsləndirdiyi fikirlər İslam Cümhuriyyətinin 43 illik tarixində bir ilkdir. Molla hakimiyyəti son 43 ildə ilk dəfədir ki, hər hansı bir etiraz qarşısında geri oturmaq məcburiyyətində olduğunu hiss edir. Bu da 3,5 aydır davam edən etirazların nə səviyyədə ciddi olduğundan və molla hakimiyyətinin etirazlar qarşısında duyduğu qorxunun böyüklüyündən xəbər verir".

Bunu Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk deyib.

Şərhçi bildirib ki, İran dini liderinin belə bir bəyanatı səsləndirməsi heç də asan olmayıb:

"Çünki 2 ay öncə Xameneyiyə ən yaxın şəxslərdən biri olan Laricani bildirmişdi ki, dünyanın bir çox ölkəsində yazılan, ancaq icra olunmayan qanunlar var. Yəni onu demək istəyirdi ki, məcburi hicab qanununu qaldırmaq mümkün olmasa da, bunun icrasında bəlli yumşaqlıq edilə bilər. Həmin dönəm başda Xameneyi olmaqla rejimin bir sıra üst nümayəndələri qətiyyətlə bu fikrə qarşı çıxıb, əsla geri addım atmayacaqlarını ifadə etdilər. Qatı repressiv tədbirlərlə proseslərin qarşısını almağa çalışdılar. Bu baxımdan İran dini liderinin 4 yanvar bəyanatı rejimin köklü islahat aparmaq və yumşalma meyli kimi yox, etirazçıların rejim qarşısında ilk uğuru olaraq dəyərləndirilməlidir. Lakin həmin çıxışın sətiraltı mənalarını da gözardı etmək olmaz. Xameneyinin bəyanatında hicab qanununun zəruriliyindən söhbət gedir və bu, xüsusi israrla vurğulanır. Yəni qanunun aradan qaldırılmasından söhbət getmir. Qanunun icrasında nisbi tolerantlıqdan söhbət gedir.

Bu tolerantlığın nə zamana qədər və hansı səviyyədə olacağı ilə bağlı hər hansı bir fikir səslənmir, zəmanət yoxdur. Rejim bu tədbirlə etirazların səngiməsini hədəfləsə də, etirazçıların sıx-sıx səsləndirdiyi bir şüar var – "hicab bəhanədir, hədəf rejim və hakimiyyətin özüdür". Bu da o deməkdir ki, etirazlar bu bəyanatlar nəticəsində səngiməzsə, tolerantlığın yerini daha sərt, daha qəddar repressiv tədbirlər ala bilər.

Dolayısı ilə, Xameneyinin bəyanatında bir tərəfdən rejimin etirazlardan duyduğu qorxunun böyüklüyünü görə bilirik, digər tərəfdən isə rejim öz ideoloji təməlləri ilə bağlı hər hansı bir güzəştə getmə fikri olmadığını göstərir. Rejim müvəqqəti olaraq belə bir tədbirə əl atıb, amma bütün resursları öz əlində saxlamaq istəyir. Xameneyinin səsləndirdiyi fikirlərin reallıqda nə zamana qədər davam edəcəyi etirazların gedişatından asılı olacaq".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15