Cümə, 03 May

Xameneyinin SENSASİON addımının pərdəarxası - 500 min erməni...

image

Xəbər verdiyimiz kimi, Tehrandakı molla rejiminin siyasi rəhbəri ilk dəfə olaraq İranda qadınların hicabsız yaşaya və gəzib-dolaşa biləcəklərini açıq şəkildə ifadə edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesab edir ki, bu, bir imitasiyadır.

Millət vəkili bildirib ki, bunun bir imitasiya olduğunu ötən illər ərzində İranda baş verənlərdən görürük:

"Son 1 ildir İranda ictimai-siyasi vəziyyət son dərəcə gərgindir. İğtişaşlar, aksiyalar baş verir. 40 ildən çoxdur bu rejim xalqı cana doydurub. İranda təkcə İslam dinindən instrument kimi istifadə edib xalqı idarə etmirlər, həm də orada yaşayan 30 milyondan çox Azərbaycan türkünə qarşı çox ciddi ayrıseçkilik, qəddarlıq, zorakılıq tətbiq olunur. İndiyə qədər onların ana dilində nə məktəbləri, nə də universitetləri var. Farsların qardaş dediyi 500 min erməni üçün isə hər cür şərait yaradılıb. İran rejimi imperialist rejimdir. Orada xalqların azadlığı yoxdur. İslam dünyanın ən müasir, mütərəqqi, demokratik dinidir.

Bu dindən doğan şərtlər isə insanla Allah arasında olan məsələdir. Qadın çadralı da, çadrasız da gəzə bilər. Bu seçim müstəqil düşüncəyə dayanır. Biz demokratik dünyadan danışırıqsa, insanlara qarşı zorakılıq tətbiq olunmamalıdır. İslam tam demokratik, ədalətli dindir. İslamda məcburiyyət yoxdur.

Bu dinə görə, hər şey sevgi ilə olmalıdır. İslamda zor, şiddət sözü yoxdur. İranda belə bir qərarın qəbulu o demək deyil ki, orada artıq demokratik dəyərlər tətbiq olunmağa başlayıb. Bu qərar heç də onun demokratik mahiyyətindən irəli gəlmir. İran xaos içərisindədir. Bu qərarlar hakimiyyətin iflasa uğradığını sübut edir. İran İslam Respublikası adı bir daha göstərir ki, İslam pərdəsi altında imperialist siyasət həyata keçirilib. Hazırkı ictimai-siyasi mənzərə bunu sübut edir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15