Çərşənbə axşamı, 14 May

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldülər

image

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat ediblər.

Xəbər verilir ki, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyalarını dəyişiblər. 

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, F.Bayramoğlunun iki yaşlı qızı qalıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00