Şənbə, 28 Yanvar

2 yaşlı uşağı oğurlayan qadına hökm oxundu - VİDEO

image

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbər verilir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Muradova 2 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2021-ci il dekabrın 29-da Məhəmməd Şıxəliyevin oğurlanması barədə polisə şikayət daxil olub. Uşaq yanvarın 8-də tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisədən sonra Məhəmməd da daxil olmaqla, bu ailənin övladları dövlət qurumlarının qərarıyla sığınacağa yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən G. Muradova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham elan edilib.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Xırdalanda su kəsiləcək

  • 28.01.2023 - 09:28
image

328 nəfərə vaksin vuruldu

  • 27.01.2023 - 14:33
image

Rusiyanın Ukraynada itkiləri

  • 26.01.2023 - 11:25
image

İranda məktəbdə atışma

  • 25.01.2023 - 20:53