Bazar, 05 May

Türkiyədən Azərbaycana pul göndərənlərin diqqətinə

image

Hazırda Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrini təşkil edə bilirik.

Xəbər verilir ki, bu barədə Trend-ə “Turan Teknoloji Anonim” (Turan) şirkətinin təsisçisi və baş direktoru Özgür Bayraqdar məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycandan da Türkiyəyə komissiyasız pul köçürmələrinin təşkili planlaşdırılır.

"Həm Azərbaycandan Türkiyəyə, həm də əksinə pul köçürmələri üzrə limitlər bu və ya digər kartı emissiya edən bank tərəfindən tənzimlənir. Hazırda köçürmələri komissiyasız həyata keçiririk və önümüzdəki 90 gün ərzində Türkiyədən Azərbaycana pul kçürmələrini komissiyasız həyata keçirməyi plaşlaşdırırıq", - o deyib.

Bayraqdar xatırladıb ki, "Turan" artıq Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələri (kartdan karta) imkanını işə salıb", - Bayraqdar qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15