Bazar, 28 Aprel

Bakıda sərnişini təhqir edən taksi sürücüsü HƏBS EDİLDİ

image

Bakıda taksi sürücüsü həbs edilib.

Əldə etdiyimiz məlumata görə, 27 yanvar 2023-cü il tarixdə sərnişin Dilarə Quliyeva (ad və soyadlar şərtidir) Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng vuraraq taksi sürücüsü Nəcməddin Həsənovun onu maşında övladlarının yanında, taksidən düşdükdən sonra isə küçədə insanların yanında təhqir etdiyini bildirib.

Sərnişinin şikayətindən sonra məsələ ilə bağlı araşdırmalara başlanılıb. Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fevral ayının 4-də taksi sürücüsü saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub, məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü N.Həsənov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39