Bazar ertəsi, 29 Aprel

İlon Maskdan Ukraynaya zərbə-Peyklərini geri çəkdi

image

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti Ukraynaya internet dəstəyini kəsib.

Xəbər verilir ki, “Starlink” peyk internet sistemindən döyüş pilotsuz uçan aparatlarını idarə etmək üçün istifadə edən Ukrayna hərbçilərinin internet çıxışına məhdudiyyət qoyulub.

Şirkət prezidenti Qvin Şotvel hesab edir ki, müqaviləyə əsasən, Ukrayna “Starlink”dən yalnız humanitar məqsədlər üçün - müharibədən zərər çəkmiş mülki şəxslərlə ünsiyyət məqsədilə istifadə edə bilər.

Şotvelin sözlərinə görə, Ukraynada “Starlink”də baş verən son kəsintilərin yeni məhdudiyyətlərlə bağlı olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, müharibə başlayandan sonra “SpaceX” Ukraynaya təxminən 22.000 “Starlink” terminalı verib. Yanvarın sonunda Ukrayna Müdafiə Nazirliyi hər biri “Starlink” sisteminə qoşulacaq pilotsuz təyyarələrin istehsal olunduğunu xəbər edib.
Son gəlişmə Ukraynaya ağır zərbə olaraq dəyərləndirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39