Şənbə, 04 May

Lionel Messidən Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək - FOTO

image

Argentinalı ulduz futbolçu Lionel Messi Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək kampaniyasına qoşulub. Bu barədə Türkiyə millisinin futbolçusu, hazırda “Atlanta”nın oyunçusu olan Merih Demiral bildirib.

Türkiyə millisinin oyunçusu Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün dünya şöhrətli futbolçuların formalarını toplayaraq, onların hərracından gələn gəliri Ahbap Dərnəyinə bağışlayır. İndiyə kimi məşhurlardan Kriştianu Ronaldu, Paulo Dibala və Leonardo Bonuççi bu kampaniyaya dəstək olmuşdular. Messi də onlardan kənarda qalmayıb və imzalı forması ilə dəstək olub.

“Növbədə Lionel Messidir; biz Leonun oyun zamanı geyindiyi və imzaladığı formasını hərraca çıxarırıq”, - deyə Türkiyə millisinin oyunçusu vurğulayıb.

Formanın hərracından əldə edilən gəlir Ahbap Dərnəyinə bağışlanacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15