Çərşənbə, 15 May

Bakıda müəllim müalicəsi üçün şagirdlərdən pul yığıb?

image

Sosial şəbəkədə 49 nömrəli “İntellekt” məktəb-liseyin ingilis dili müəllimi Könül Həsənovanın şagirdlərdən müalicəsi üçün pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Yayılan məlumatda bildirilib ki, ötən ilin dekabr ayında əməliyyat üçün Türkiyəyə gedən müəllim oradan rəhbərlik etdiyi sinfinə səs ataraq uşaqlardan pul tələb edib. 

Xəbər verilir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə İdarəyə daxil olub: 

“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00