Çərşənbə axşamı, 14 May

Bu rayonlarda qaz OLMAYACAQ

image

İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq planlı təmir işləridir.

Bununla əlaqədar “Saatlı Əlillər evi”, “Otuzikilər”, “Qaracalar”, “İmişli 1 və 2”, həmçinin “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Məhdudiyyət saat 09:30-dan etibarən təmir işləri başa çatanadək davam edəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00