Bazar, 28 Aprel

ŞOK OLAY! Putinə yaxın iki şəxs Merkeli BELƏ ALDADIB - RƏSMİ

image

Rusiyada "Vovan" və "Leksus" kimi tanınan, Putinyönlü komediyaçılar özlərini Ukraynanın keçmiş prezidenti Petro Poroşenko kimi təqdim edib, Almaniyanın keçmiş kansleri Angela Merkellə telefon danışığı aparıblar.

Xəbər verilir ki, rusiyalı ikili Merkellə telefon danışığının detallarını yayıblar.

Dərc olunan materialda Merkelin heç bir sirr saxlamadığı və Rusiya ilə münaqişədə Qərbin birliyindən danışdığı bildirilib. Qeyd olunub ki, telefon danışığının məzmunu ictimaiyyət üçün nəzərdə tutulmayıb.

Telefon danışığında Merkel Poroşenkonun 2019-cu il seçkilərində hazırkı prezident Vladimir Zelenskiyə uduzduğunu xatırladıb, seçilmiş hökumətə etibar edilməli olduğunu qeyd edib.

Merkel telefon danışığını "Poroşenko"ya “səmimiyyətlə ən xoş arzularını” çatdırmaqla yekunlaşdırıb. Lakin görüşün sonuna doğru Merkelin həyatı ilə bağlı şəxsi suallardan narahat olduğu qeyd edilib.

Merkel pensiyasını soruşan həmsöhbətinə cavab verməyib.

Merkelin sözçüsü telefon danışığının baş tutduğunu etiraf edib.

"Mən keçmiş prezident Petro Poroşenko olduğunu iddia edən şəxslə telefon danışığını təsdiqləyə bilərəm", - o bildirib.

Merkelin ofisi bu açıqlamaları verib:

“Telefon danışığı 12 yanvar 2023-cü ildə baş tutub və Xarici İşlər Nazirliyinin dil xidməti tərəfindən alman-Ukrayna tərcüməsi ilə dəstəklənib. Keçmiş federal kansler daha sonra Dövlət Departamentinə telefon danışığı zamanı zəng edən şəxs haqqında yaratdığı təəssürat barədə məlumat verib".

Qeyd edək ki, "Vovan" və "Leksus" adlarından istifadə edən iki rus daha əvvəl də saxta adlarla məşhurları bir neçə dəfə aldadıblar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39