Çərşənbə, 15 May

Tehranda insanlar uşaqları qəsdən öldürən hökumətə ölüm şüarları səsləndirdilər - VİDEO

image

Tehranda insanlar uşaqları qəsdən öldürən hökumətə ölüm şüarları səsləndiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, son günlər xəbər manşetinə çevrilən İranın müxtəlif şəhərlərində məktəblərdə şagirdlərin zəhərlənməsi məsələsi hər gün daha geniş miqyas alır və ciddi məsələyə çevrilir.

İranın səhiyyə nazirinin müavini Yunis Pənahi jurnalistlərə deyib ki, “müəyyən şəxslər bütün məktəblərin, xüsusən də qız liseylərinin bağlanmasını istəyirlər” və şagirdləri qəsdən “kimyəvi birləşmələrlə zəhərləyiblər”.

Narazı valideyinlər isə “ölüm olsun İslam Respublikasına”, “ölüm olsun uşaq qatili hökumətə”, “ölüm olsun diktatora”, “ölüm olsun Xameneiyə”, “İran polisinə ar olsun” şüarlarını səsləndiriblər.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00