Cümə, 03 May

 Keçmiş baş nazir reketlik etməkdə suçlanır - Foto

image

Bolqarıstanda 2009-cu ildən son seçkilərə qədər (aprel 2021) ölkəyə rəhbərlik edən “Vətəndaşlar Bolqarıstanın avropayönümlü inkişafı uğrunda” partiyası və onun rəhbəri, keçmiş baş nazir Boyko Borisovla bağlı ciddi qalmaqal qopub.

Xəbər verilir ki. bu barədə “rg.ru” saytı məlumat yayıb.

Hazırda hakimiyyədən gedən bu siyasi qüvvəyə qarşı korrupsiya və reketlə məşğul olmaq ittihamı irəli sürülür. Bununla bağlı ölkənin ən iri torpaq sahibkarlarından biri parlamentdə ifadə verib. O, partiyanın iqtidarda olduğu dövrdə onun nümayəndələri tərəfindən daima təhdidlər aldığını, xərac ödəməyə məcbur edildiyini söyləyib. Biznesmenin sözlərinə görə, ona göstərilən təzyiqlər səbəbindən hər il “yuxarılara” 5 milyon avro pul çatdırıb.

Bundan başqa Boyko Borisovun öz yataq otağında əlində tapança və 500 avroluq əskinaslı pul dəstləri ilə görüntüsünü əks etdirən fotolar peyda olub. Xərac alınan həmin sahibkar şəkillərin onun bir qadın tanışı tərəfindən çəkildiyini etiraf edib. Onun bildiridiyinə görə, qadın baş nazirdən “göstərdiyi xidmətlərə görə” 2500 avro pul alıb.

Lakin parlamentin iclası keçmiş baş nazirin parityaısnı deputatları tərəfindən pozulub. Onlar hay-küy salaraq şahidin dindirilməsinə imkan verməyiblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15