Şənbə, 04 May

“Qalatasaray”ın futbolçusu italiya klubuna keçə bilər

image

“Qalatasaray”ın futbolçusu Viktor Nelsson yayda komandasını dəyişə bilər.

“Todofichajes”in xəbərinə görə, danimarkalı mərkəz müdafiəçisinin İtaliyada oynamaq variantı var. A Seriyası təmsilçilərindən “Atalanta” onun xidmətində maraqlıdır. Berqamolular mövsümün sonunda keçidi reallaşdırmağa çalışacaqlar.

2021-ci ildən “Qalatasaray”da çıxış edən Nelssonun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Bir müddət əvvəl “Sevilya” onu heyətinə cəlb etmək istəsə də, keçid baş tutmayıb. “Transfermarkt” portalı bu mövsüm “sarı-qırmızılar”ın heyətində 24 oyunda 1 məhsuldar ötürmə edən 24 yaşlı oyunçunu 14 milyon avro kimi qiymətləndirir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15