Cümə, 03 May

Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir

image

Tbilisidə etirazçılar hökumətə yeni ultimatum irəli sürərək, hakimiyyətdən istefaya getməyi tələb ediblər .

Xəbər verilir ki, martın 9-da Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən mitinqdə Gürcüstan ordusunun bir qrup hərbi veteranı gözlənilmədən hökumətin istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı çağırışlar ediblər. Çıxış edənlərin fikrincə, indiki hakimiyyət “Gürcüstanı Avropa istiqamətində aparmağa qadir deyil”.

“Bu hökumət istefaya getməlidir, növbədənkənar parlament seçkiləri təyin olunmalıdır” deyən kürsüyə qalxan şəxs meydana toplaşanları bu tələbi dəstəkləməyə çağırıb.

Etirazçılardan bəziləri əllərini qaldıraraq həmrəy olduqlarını bildiriblər. Parlament binasında etiraz aksiyası davam edir.

Martın 7-də Gürcüstan parlamenti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bundan sonra Tbilisidə iki gün etiraz aksiyaları davam edib. Nəticədə parlament qanun layihəsini qəbul etməkdən imtina etmək qərarına gəlib.

Daha sonra martın 7-də və 8-də inzibati xətalara görə saxlanılan Tbilisidə parlamentin yaxınlığındakı aksiya iştirakçılarının hamısı sərbəst buraxılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15