Cümə, 03 May

Bu ölkələr Ukraynaya döyüş təyyarələri göndərəcək

image

Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyə hazır olduqlarını açıqlayıblar.

Xəbər verilir ki, Slovakiyanın müdafiə naziri Yaroslav Nad sosial media hesabında etdiyi paylaşımda ölkəsinin Ukraynaya Miq-29 tipli döyüş təyyarələri göndərmək barədə qərar verməsinin vaxtının gəldiyini yazıb.

“Ukraynada insanlar ölür. Döyüş təyyarələri həqiqətən kömək edə bilər”, - Nad qeyd edib.

Nazir Nad bu gün İsveçdə polşalı həmkarı Mariusz Blaszczak ilə görüşdə Ukraynaya Miq-29 döyüş təyyarələrinin göndərilməsi üçün birgə prosesdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.

Həmçinin Polşa Müdafiə Nazirliyi bununla bağlı “Associated Press” agentliyinə məlumat verib:

“Biz beynəlxalq koalisiyanın tərkibində Miq-29 qırıcı təyyarələrimizi Ukraynaya təhvil verməyə hazırıq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15