Cümə, 03 May

Ərdoğanın mesajı dünya mediasını silkələdi - “Dediyini edəcək”

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO üzvlüyünə razılıq verə bilər.

Xəbər verilir ki, bu barədə ABŞ-ın “Associated Press” xəbər agentliyi yazır.

Mənbə Türkiyə liderinin son açıqlamasında buna eyham vurduğunu qeyd esdir və bildirir ki, Finlandiya ilə müqayisədə İsveç üçün durumu o qədər də ürəkaçan deyil.

“Türkiyə hökuməti İsveçi terror təşkilatları və kürd qruplaşmaları da daxil olmaqla, ekzistensial təhdid hesab etdiyi təşkilatlara qarşı çox yumşaq davranmaqda ittiham edir”, - agentlik bildirir.

İsveç nəşri “Aftonbladet” isə “İsveç kənarda qaldı” iddiası ilə oxucularının qarşısına çıxıb. Məqalədə iki ölkənin üzvlük üçün birlikdə müraciət etdiyi, amma Finlandiyanın lazımi təsdiqi almağa yaxın olduğu vurğulanır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilər ərəfəsində Finlandiyanın NATO-ya müraciətini təsdiq edə bilər”, - İsveç qəzeti yazır.

İngiltərənin “Daily Mail” qəzetinin fikri isə belədir:

“Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyə hazırdır. İsveçin üzvlüyünü isə ayrıca nəzərdən keçirəcək.

Terror təşkilatlarına qarşı lazımi addımları atmadığı üçün Ankaranın razılığını ala bilməyən İsveç birlikdə müraciət etdiyi Finlandiyanın ondan əvvəl üzv olmamasının lazım olduğunu hər fürsətdə dilə gətirir. İsveç mətbuatı uzun müddətdir ki, bunun ölkə üçün ən pis ssenari olacağını yazır”.

ABŞ-ın “Foreign Policy” qəzeti də iddia edir ki, Finlandiya İsveçdən əvvəl NATO-ya üzv ola bilər. Nəşr İsveç Baş naziri Ulf Kristersson son açıqlaması ilə bununla barışmaq məcburiyyətində qaldıqlarına eyham vurdu.

Qətərin “Əl-Cəzirə” telekanlı da fərqli düşünmür, bildirir ki, Türkiyə Finlandiyanın NATO üzvlüyünü İsveçdən asılı olmayaraq ratifikasiya etməyi planlaşdırır.

Türkiyə, İsveç və Finlandiya arasında son danışıqlar ötən həftə NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilib.

Prezident Ərdoğan bundan əvvəl Finlandiyanın NATO üzvlüyü ilə bağlı bunu demişdi: “Üzərimizə düşəni edəcəyik, sözümüzü tutacağıq”.

Türkiyə lideri sabah Ankarada finlandiyalı həmkarı Sauli Nintsö ilə görüşəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15