Ronaldo malikanəsini kirayəyə verib - Bu qiymətə
Ronaldo malikanəsini kirayəyə verib - Bu qiymətə
Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo və Corciana Rodriqez Madriddəki 4000 kvadratmetrlik malikanələrini kirayəyə veriblər.
Xəbər verilir ki, onlar bu villa üçün aylıq cəmi 10 min avro alırlar.
Corciana haqqındakı "I am Georgina" "Netflix" serialı da məhz bu malikanədə çəkilib. Ev 4 mərtəbəlidir. Burada böyük qaraj var. Qarajda 38 yaşlı forvardın avtomobil kolleksiyası saxlanılırdı. Həmçinin villada 170 metr dərinliyində hovuz da var.
Ronaldo və ailəsi hazırda Madriddə yaşamırlar. Futbolçu "Əl-Nəsr"in formasını geyindiyi üçün onlar Səudiyyə Ərəbistanına, Ər-Riyada köçüblər.
Aftafa.tv