Çərşənbə, 15 May

“Barselona”nın prezidenti Messinin qayıdacağını bildirdi

image

“Barselona”nın prezidenti Joan Laporta azarkeşləri ilə söhbəti zamanı PSJ-nin futbolçusu Lionel Messinin tezliklə Kataloniya klubunun düşərgəsinə qayıdacağını bildirib.

Xəbər verilir ki, Laporta İspaniya çempionatının 29-cu turunun “Xetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda onların suallarını cavablandırıb.

Fanatlardan biri “Barselona”nın prezidentindən Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Klub rəsmisi bunu təsdiq edib. 

Birləşmiş Ərəb Əmirliklərindən olan sponsor “Barselona”ya sərmayə qoymaq niyyətindədir ki, bu da kluba Messi ilə müqavilə bağlayacağı təqdirdə maliyyə feyr-pleyi və maaşla bağlı problemlərdən qaçmağa imkan verəcək. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00