“Netflix” Kleopatraya görə MƏHKƏMƏYƏ VERİLDİ
“Netflix” Kleopatraya görə MƏHKƏMƏYƏ VERİLDİ
Misirli hüquqşünas Mahmud əl-Semari “Netflix” striminq xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.
Xəbər verilir ki, o, platformanı Kleopatra haqqındakı filmdə baş rolda qaradərili aktrisa çəkməklə Misir şəxsiyyətini təhrif etməkdə günahlandırıb.
Hüquqşünas “Netflix”in Misirdə bloklanmasını tələb edib.
Qeyd edək ki, yayımlanan treyler etiraza səbəb olub, buna görə şirkət şərhləri dayandırmalı olub.
Aftafa.tv