Çərşənbə, 15 May

“Qırmızı Xaç” 2300-dən çox ermənini Qarabağa GƏTİRİB

image

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 283 nəfərin Laçın yolu ilə Ermənistana, 2313 nəfərin isə Ermənistandan keçərək ailələri ilə qovuşmasına yardımçı olub.

Bu barədə sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. 

"Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində ailələrin qovuşmasına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq. 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 50 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 394 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub və səhiyyə qurumlarına dərmanlar çatdırılıb. Biz neytral vasitəçi olaraq humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq", - deyə BQXK rəsmisi qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00