Cümə, 03 May

Məktəb binasından yıxılan şagirdin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

image

Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllıda məktəb binasından yıxılan şagird barədə açıqlama verib.

Xəbər verilir ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

“Hazırda şagird xəstəxanadadır və vəziyyəti normaldır. Hadisənin səbəbi bilinmir. Araşdırma bitəndən sonra ətraflı məlumat veriləcək”.

10:49

İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib.

Xəbər verilir ki, kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

10:38

 

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Xəbər verilir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.

Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. 

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15