Şənbə, 04 May

Moldova və Gürcüstana hərbi yardım ayrıldı

image

Avropa İttifaqı (Aİ) Moldovaya 40 milyon, Gürcüstana isə 30 milyon avro hərbi yardım ayırıb.

Xəbər verilir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

Vəsait iki ölkənin Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Avropa Sülh Fonundan ayrılacaq vəsaitlə Moldova və Gürcüstan maddi-texniki təminat, komanda-nəzarət və hava məkanına nəzarət vasitələri alacaqlar.

"Bu yeni yardımlar vasitəsilə biz Moldova Respublikası Silahlı Qüvvələrinin və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik", - Borell deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15