Şənbə, 27 Aprel

Ermənistanla Azərbaycan arasında torpaq mübadiləsi: Bu kəndlər dəyişdirilə bilər

image

“Anklavlarla bağlı məsələ tam olaraq razılaşdırılmayıb. Ona görə də bu qeyri-müəyyənlik Nikol Paşinyanın çıxışında özünü bariz şəkildə göstərib”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında anklav (ərazi) mübadiləsi təklifinə münasibət bildirib.

N. Miri bildirib: “Əlbəttə, anklavların mübadiləsi və demarkasiya ilə problemi həlli Azərbaycanın maraqlarına uyğun deyil.  İlk növbədə, Azərbaycan ərazi itirir. İkincisi, Qazaxın 7 və Naxçıvanın Kərki kəndi strateji ərazilərdir. Bu ərazilər vasitəsilə ermənilər Gürcüstana gedərkən mütləq mənada Azərbaycanın nəzarətindən keçmək məcburiyyətində qalacaq”.

Siyasi şərhçinin sözlərinə görə, bu məsələdə artıq təkcə Ermənistan deyil, İran da narahatlıq duymağa başlayıb:

“Çünki İranın Fars körfəzini Qara dənizə bağlaya biləcək layihəsi məhz Ermənistan ərazisindən keçir. Anklavlar qaytarıldığı təqdirdə, artıq yükləri Azərbaycan tərəfi yoxlayacaq, bunu isə İran istəmir.

Belə bir strateji və geosiyasi üstünlüyü Azərbaycan nəyə Ermənistana güzəştə getməlidir?! Kommunikasiyaların açılması, habelə Qarabağ probleminin həlli ilə bağlı bütün daşların yerinə oturdulması kontekstində sülh müqaviləsi imzalanarsa, perspektivdə bu məsələni həll etmək mümkün olacaq. Çünki ortada Azərbaycanın yaratdığı konkret reallıqlar var. Onlar istəsələr də, istəməsələr də reallıqları poza bilməz. Azərbaycanın təsir imkanları çox güclüdür.

Nikol Paşinyanın son bəyanatları da bunu təsdiq edir. Artıq o, ictimai rəyi atılacaq addımlara hazırlayır”.

N. Mirinin fikrincə, müəyyən zamandan Ermənistan ictimaiyyəti də bəzi gerçəklərlə razılaşmaq məcburiyyətində qalacaq:

“Alternativ çox deyil. 2 reallıq yaranır: ya  Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaradılır və Ermənistan inkişaf edir; ya da müharibə. Əgər sülh istəyirsinizsə, reallıqları qəbul etmək məcbuiyyətindəsiniz. Ona görə də Azərbaycan anklav mübadiləsi ilə razılaşa bilməz”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36