Çərşənbə axşamı, 14 May

Kaxovka su elektrik stansiyasının bəndi məhv edilib - VİDEO

image

Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib.

Bu barədə videogörüntülər teleqramda yayılıb.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil.

Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: "Şəhərdə sakitlikdir".

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00