Bazar, 28 Aprel

Bu il Azərbaycandan ən çox pul vəsaiti Türkiyəyə köçürülüb

image

2023-cü ilin ilk 3 ayı ərzində fiziki şəxslər tərəfindən Azərbaycandan Türkiyəyə 34 milyon 149 min dollar vəsait köçürülüb.

Xəbər verilir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.9% və ya 6 milyon 782 min dollar azdır. 2022-ci ilin ilk 3 ayında Azərbaycandan Türkiyəyə 40 milyon 931 min dollar vəsait köçürülüb.

Qeyd edək ki, bu dövrdə Türkiyəyə pul köçürmələri ümumi köçürmələrin 25.8%-ni təşkil edib.

Xatırladaq ki, hesabat dövründə fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana pul köçürmələri isə 39.4% artaraq 32 milyon 635 min dollar təşkil edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39