Çərşənbə axşamı, 14 May

NATO ən böyük HHQ təlimlərinə başlayıb

image

NATO alyansı ən böyük hərbi hava qüvvələri (HHQ) təlimlərinə başlayıb.

Xəbər verilir ki, bu barədə Almaniya HHQ mətbuat xidməti məlumat yayıb.

NATO bu gün Alyans tarixində ən böyük “Air Defender 23” təliminə başlayıb. Təlimlər Almaniya tərəfindən koordinasiya edilir və Alyansın potensial təhlükələrə, xüsusən də Rusiyaya qarşı birliyini nümayiş etdirmək üçün nəzərdə tutulub.

Qeyd edilib ki, təlimlər 23 iyunadək davam edəcək.

Təlimlər Yaponiya və İsveç də daxil olmaqla, NATO-ya üzv və tərəfdaş 25 ölkədən 250-yə yaxın hərbi təyyarənin iştirakı ilə keçiriləcək.

Həmçinin o da əlavə olunub ki, təlimlərə 10 min nəfər yaxın canlı qüvvə cəlb olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00