Cümə axşamı, 16 May

Putin sağlıq arzuladı: Bu, “KQB” üslubudu, mənası…

image

“Gülürəm, çünki Putin kiməsə uzun ömür diləyəndə köhnə “KQB” agenti olduğu günlərini düşünürəm və o insanın sağlamlığı üçün narahat olmaq məcburiyyətində qalıram”.

Aftafa.tv xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə sabiq nümayəndəsi Ceyms Cefri CNN televiziyasına müsahibəsində deyib.

“Rusiya çox vacibdir. Türkiyə Liviya, İdlib və Qarabağda Rusiyaya çox yaxşı qarşılıq verir. Digər tərəfdən, uzun vədədə koronavirus, iqlim və Çin kimi problemləri həll etmək üçün Rusiyaya ehtiyacımız olacaq. Bu səbəbdən də hökuməti Rusiya ilə əlaqələrini kəsməməyə çağırıram. Eynilə Türkiyənin etdiyi kimi. Türkiyə genişmiqyaslı və ya dolayı hərbi qarşıdurmalara baxmayaraq, bunu edir. Biz də eyni şeyi edə bilərik. Ankara və Vaşinqton Rusiya mövzusunda çox yaxşı əməkdaşlıq edə bilər”, – deyə o bildirib.

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00