“Bayden” üzrə 546 nəticə tapıldı
ABŞ Prezidenti Cozef Bayden ölkədə "TikTok"u qadağan edən qanun imzalayıb. Bu barədə xarici mediaya istinadən xəbər verir. Qanuna əsasən, "TikTok"un sahibi olan "ByteDance" şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilir, əks halda o, ABŞ-də bloklanacaq. Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış
Aprelin 13-nə keçən gecə İran 150-dən çox kamikadze PUA, 100-dən çox ballistik raket və onlarla qanadlı raketlə İsrailə misli görünməmiş cavab hücumu həyata keçirəndə Təl-Əvivin müdafiəsi təkcə ABŞ-da deyildi. İsraili qorumaq üçün kiçik bir koalisiyanı bir araya gətirən Co Bayden administrasiyası İordaniya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Böyük Britaniyanın da dəstəyini almağa nail olub. Cümə günü Amerika yəhudi icmasına
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, İranın İsrail ərazisinə hücumu qarşısında ABŞ Ukrayna və yəhudi dövlətinə yardım göstərəcək qanun layihəsinin qəbulu üçün lazımi səyləri göstərəcək. Xəbər verilir O, Respublikaçılar Partiyasının İsraili dəstəkləməyin vacibliyini anladığını vurğulayıb. “Bu paketin [son] təfərrüatları hazırda işlənir. Biz bütü
Aprelin 14-nə keçən gecə İran İsrailə hücum etdi. Bu, İsrail tərəfinin Suriyanın paytaxtı Dəməşqdə yerləşən İranın konsulluq binasını atəşə tutmasına cavab idi. Xatırladaq ki, həmin hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli hərbçiləri öldürülüblər. Öz növbəsində İran İslam Respublikasının (İİR) hakimiyyət orqanları cavab tədbiri həyata keçirəcəklərinə söz
İsrail yaxın zamanlarda İranın ölkənin hərbi obyektlərinə zərbəsinə cavab verə bilər. Xəbər verilir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” yayıb. Bununla belə, cavab tədbirlərinin həyata keçirilə biləcəyi dəqiq tarix qeyd olunmayıb. Qəzetin mənbələrinin sözlərinə görə, ABŞ İsrailin bu cür hücum əməliyyatlarının heç birində iştirak etməyəcə
Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilər. Xəbər verilir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib. “Sübut edəcəm ki, bunu edə bilən yeganə şəxs mənəm. Co Bayden administrasiyasındakı adamların III Dünya Müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur. Unutmayın ki, Üçüncü Dünya müharibəsi nüvə silahları və heç kimin təsəvvür edə
ABŞ Prezidenti Co Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub və yəhudi dövləti qələbə çalıb. Xəbər verilir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün İsrail bu günü qələbə hesab edə bilər. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun “üstün hərbi
ABŞ İranın pilotsuz təyyarələr və qanadlı raketlər də daxil olmaqla, ölkə daxilində hərbi aktivlərini hərəkətə keçirməsini müşahidə edərək, onun öz ərazisindən İsrail hədəflərinə hücum etməyə hazırlaşdığına işarə edib. Məlumata görə, ABŞ İranın 100-ə qədər qanadlı raket hazırladığını görüb. İranlılar İsrailə vuracaqları zərbənin “əhəmiyyətli” olmasını istəyirlər. Lakin onlar hə
ABŞ prezidenti Co Bayden İrana İsrailə qarşı cavab tədbirləri görməməyə çağırıb. Xəbər verilir ki, bu barədə xarici KİV məlumat yayıb. "Bunu etməyin. Biz İsraili dəstəkləyəcəyik və onun özünü müdafiə etməsinə kömək edəcəyik və İran buna nail olmayacaq", - deyə Bayden Tehranın göndərdiyi mesaja cavab olaraq bildirib.
İsrail ordusunun aprelin 1-də Dəməşqdəki İran konsulluğunu bombalamasından sonra cavab addımı atacağına söz verən İrandan yeni açıqlama gəlib. Xəbər verilir ki, İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri artıq təhlükəsiz deyil”. İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri ötən gün verdiyi açıqlamada cavabın doğru zamanda və
ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrail mətbuatına müsahibə verib. Xəbər verilir ki, Tramp “İsrael Hayom” qəzetinə müsahibəsində HƏMAS-a qarşı müharibəni dəstəkləsə də, buna artıq son qoymağa çağırıb. Müsahibədə əsasən Qəzza zolağındakı müharibə, Co Baydenin bu fonda hərəkətləri və atılmalı olan addımlar müzakirə olunub: “Müharibəyə son qoymalısınız. Buna son qoymaq lazımdır.
Ukrayna münaqişəsi başlayandan Türkiyə Kiyevi silahla, ilk növbədə pilotsuz təyyarələrlə təmin edirdi, lakin indi ABŞ və Avropa İttifaqı çətin vəziyyətdə olduğu üçün Vaşinqton türk müdafiə sənayesini Ukraynanın əsas silah tədarükçüsünə çevirməyi planlaşdırır. Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən Ukraynada pilotsuz