Şənbə, 04 May

Böyük Britaniya kralının əl işi satışa çıxarılır - FOTO

image

Böyük Britaniya kralı III Çarlzın uşaqlıqda çəkdiyi rəsm “Hansons Auctioneers” hərracında satılacaq.

Rəsmdə III Çarlz öz valideynlərini, mərhum Kraliça II Elizabet və şahzadə Filipi təsvir edib.

III Çarlzın əl işinin 10 min funt-sterlinqə satılacağı gözlənilir.

Məlumata görə, monarx təxminən beş yaşında olarkən valideynlərinin təsvirini karandaşlarla çəkib.

Həmçinin, qarşıdan gələn hərracda kral ailəsinin şəxsi arxivindən olan digər xatirə əşyaları, o cümlədən məktublar, ailə fotoşəkilləri, Milad kartları və Bukingem Sarayından 1937-ci ilə aid əl ilə yazılmış menyu gündəliyi də satılacaq. Bütün bu əşyalar 1950-1970-ci illər arasında tanınmış yazıçı, jurnalist və keçmiş kral müxbiri Henri Ramzi Mol tərəfindən toplanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15