Çərşənbə, 15 May

ABŞ Rusiyanı iqtisadi təcridə hazırlaşır

image

ABŞ Prezidenti Co Baydenin siyasətinə görə yeni bir soyuq müharibənin başlama təhlükəsi var.

Aftafa.tv xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

"Bəli, yeni bir soyuq müharibə təhlükəsi mövcuddur. Bayden ABŞ-ın Rusiyanı məğlub edə bilməyəcəyini unutduğu təqdirdə başlayacaq. Bu həqiqəti qəbul etməlidirlər. Məsələn, nüvə təhlükəsizliyi məsələlərindən başlaya bilərlər", – deyə o bildirib.

Puşkov, həmçinin Ağ Ev rəhbərinin Rusiya Prezidenti Vladimir Putin əleyhinə açıqlamalarının antirusiya koalisiyasını toplamaq məqsədi daşıdığını vurğulayıb. Senator eyni zamanda ABŞ-ın Rusiyanın iqtisadi və siyasi blokadasını təşkil etməyə cəhd göstərmə ehtimalı olduğunu da qeyd edib.

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00