Bazar ertəsi, 29 Aprel

Şahin Bağırov Səfər Mehdiyevin aqibətini yaşayır - Vəzifədən gedir 

image

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”sində dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Xatırladaq ki, ötən gün imzalanan fərmana əsasən, DGK sədrinin 2 birinci müavini vəzifəsindən biri, 4 müavini vəzifəsindən də biri olmaqla, iki müavin vəzifəsi ləğv edilib. 

Hazırda DGK sədrinin birinci müavin vəzifəsi boşdur, həmçinin bir müavin vəzifəsi də vakantdır. Bu postlara təyinatın nə vaxt olacağı bilinmir. 

Bununla bağlı maraqlı məılumatlar əldə edilib. DGK-dakı mənbə saytımıza Komitədəki məsul vəzifələrin boş qalımasının və ötən gün reallaşan ixtisarların səbəbini açqılayıb. 

Onun sözlərinə görə, qurum ətrafında son vaxtlar baş verən hadisələr DGK sədri Şahin Bağırova etimad limitinin bitdiyini göstərir. Mənbə deyib ki, hakim dairələrdə Şahin Bağırovun ona göstərilən etimadı doğrultmadığına dair fikir formalaşıb. Bu qənaət getdikcə gücləndiyi üçün onun namizədlərinin biirnci müavin və boş qalmış digər müavin postuna təyinatları gerçəkləşmir. 

Müsahibimiz Şahin Bağırovdan narazılığın səbəbini də açıqlayıb. Xatırladıb ki, Səfər Mehdiyev vəzifədən uzaqlaşdırılandan sonra onu Şahin Bağırov əvəzlədi: "O vaxt hamı Bağırovun tezliklə sədr kürsüsnə əyləşəcəyini gözləyirdi. Amma bu proses 7 ay çəkdi. Şahin Bağırov 7 ay sədrin vəzifələrini icra edəndən sonra onunla bağlı məlum sərəncam imzalandı". 

Mənbənin dediyinə görə, Şahin Bağırovun 7 aylıq fəaliyyəti qənaətbəxş olub. O, sələfindən qalan bir xeyli qanunsuzluqları aradan qaldıra, gömrükdə şəffaf sistem yarada bilib. Amma bu, sədr vəzifəsinə təyinat alana kimi belə olub. Bu ilin fevralında DGK sədri təyin olunandan sonra gömrük orqanları əvvəlki "qaydalarla" işləməyə başlayıb. Qanunsuzluqlar fonunda xüsusilə sahibkarların səsinin yüksəlməsi yeni sədri hədəf taxtasına çıxarıb. 

Mənbə deyib ki, Şahin Bağırovu da sələfinin aqibəti gözləyir. Onun sözlərinə görə, DGK sədri yeni postunda 1 ilini tamamlamadan vəzifədən gedə bilər: "Bunun üçün kifayət qədər səbəb və münbit zəmin var". 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39