Şənbə, 04 May

Priqojinin qiyamının izi Bakıya gəlib çıxdı-Kadırov açıqladı

image

Məlumatlar  təsdiq edir ki, son aylar  “Vaqner” qurucusu  hakimiyyət orqanları ilə münaqişə vəziyyətində olub-bəs bunun Azərbaycana nə dəxli...

Çeçenistan rəhbəri Ramzan Kadırov Yevgeni Priqojini silahlı üsyana sövq edən mümkün səbəblərdən danışıb.

Xəbər verilir ki, Kadırovun sözlərinə görə, buna səbəb “Vaqner” təsisçisinin şəxsi ambisiyaları olub.

Çeçen rəhbərinin sözlərinə görə,  Priqojinin gizli və uzunmüddətli incikliyinə səbəb “uğursuz biznes sövdələşmələri” olub. O həmçinin iddia edir ki, Sankt-Peterburq qubernatorluğu Priqojinin qızına arzuladığı torpaq sahəsini verməkdən imtina edəndən sonra  “Vaqner” rəhbərinin səbir kasası daşıb.

Məlumatlar da təsdiq edir ki, son aylar Priqojin həqiqətən də Sankt-Peterburqun hakimiyyət orqanları ilə münaqişə vəziyyətində olub. Xüsusilə, 2022-ci ilin yayında Priqojinə bağlı şirkətlərə  şimal paytaxtında geniş quruculuq işlərində iştiraka imkan verilməyib,  iş adamı da Sankt-Peterburq rəhbərliyini  onu biznesinə müdaxilə etməkdə günahlandırıb. Hətta bildirilir ki, investisiya müqaviləsinə baxmayaraq,  iri layihə başqa şirkətə həvalə edilib. “Şirkətim 2021-ci Peterburq İqtisadi Forumunda qubernatorla investisiya müqaviləsi imzaladı, amma  o, bu sənədi ayağı ilə sildi”, - deyə Priqojin bildirib.

O da məlum olub ki, 2023-cü ilin aprelində o, hətta Dövlət Dumasına Sankt-Peterburqun rəhbəri haqqında şikayət də edib, onun vaxtından əvvəl istefaya getməsinin zəruri olduğunu deyib.  

Sankt-Peterburq administrasiyası isə ittihamlara cavab olaraq bildirib ki, Priqojinin şirkətlərinin layihələrinə düzəlişlərlə bağlı təkliflər göndəriblər, amma heç bir cavab almayıblar. Bu səbəbdən dən iri quruculuq işləri başqa şirkətə həvalə edilib. Yada salaq ki, Sankt-Peterburq qubernatorundan fərqli olaraq, Priqojin peterburqludur, bu şəhərdə doğulub.

2018-ci ildən Rusiyanın ən mühüm ikinci şəhərinə rəhbərlik edən Aleksandr Beqlov isə 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya müharibəsinin iştirakçısıdır. Beqlov həmişə deyib ki, Azərbaycan ailəsinin taleyində xüsusi rol oynayıb. Beqlovun atası  İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. Beqlov ailədə səkkizinci uşaq olub. Beqlov  müsahibələrində deyib ki,  Azərbaycan paytaxtı ona doğma şəhərdir: “Bu şəhəri həmişə özüm üçün doğma saymışam, indi də heç nə dəyişməyib. Mən Bakıda doğulmuşam, orada boya-başa çatmışam. Bizim həyətdə yerli oğlanlarla dostluq edirdim, millətlər arasında heç bir fərq görmürdüm. Heç birimiz hansı dostumuzun hansı millətə mənsub olması barədə düşünmürdük. Hamımız bakılılar idik, birlikdə qaçır, oynayır, söhbət edirdik. Evlərimizin qapıları heç vaxt bağlanmırdı. O vaxt hamı belə yaşayırdı. Necə deyərlər, təki ürək geniş olsun. Qonşuların dalaşması, bir-biri ilə münasibətləri ayırd etməsi yadıma gəlmir. İnsanlar mehriban yaşayır, bir-birinə kömək edirdi”.

Sankt-Peterburqun qubernatorundan  şikayətlər həqiqətən də çoxdur. Son vaxtlar Beqlova  ictimai dəstək  kəskin azalıb.  Qapalı keçirilən rəy sorğularının birində iştirakçıların 60%-nin  çoxu qubernatorun fəaliyyətindən narazı olduğunu bildirib. Təhlilçilər güman edirdilər ki, qarşıdan gələn yeni seçkilərdə Beqlovun qubernator postunu  saxlamaq imkanlarını minimum endirir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15