Bazar, 05 May

Sankt-Peterburqda görüntülənən Priqojin: Özüdür, yoxsa oxşarı?

image

Dünən “Telegram”ın Rusiya seqmentində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Sankt-Peterburqda çəkdirdiyi iddia edilən fotoları yayılıb.

Xatırladaq ki, daha əvvəl Priqojinə iyulun 1-dək Rusiyada olan bütün işlərini sonlandırmaq və əmlakını toplamaq üçün vaxt verildiyi ilə bağlı xəbərlər dərc edilmişdi.

“VÇK-OQPU” “Telegram” kanalının məlumatına görə, kadrlarda görüntülənən Priqojinin özü deyil, sadəcə onun oxşarıdır.

Qeyd olunur ki, “Vaqner”in yaradıcısının sol əlində bir barmağının yarısı yoxdur. Fotoşəkildəki şəxsin isə bütün barmaqları yerindədir.

“Mən Priqojini heç vaxt maskada və belə gödəkçələrdə görməmişəm”, - deyə “VÇK-OQPU” öz növbəsində fotoya şərh verib.

Eyni zamanda o iddia edib ki, Yevgeni Priqojin Sankt-Peterburqda olub və özünə yaxın adamlarla bir neçə görüş keçirib.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15