Çərşənbə, 15 May

Rusiyada benzin BAHALAŞDI

image

Rusiyanın Avropa hissəsində Aİ-92 markalı benzinin birja qiyməti cümə axşamı günü hərracda 0,6% artaraq bir ton üçün 58,82 min rubl təşkil edib. Bununla da 22 iyun 2023-cü il tarixinə olan rekord göstərici yenilənib. 

Xəbər verilir ki, ölkənin Avropa hissəsində “Premium-95” markalı benzinin dəyəri 0,6% artaraq 65,62 min rubl təşkil edib. 

Məlumata görə, yay dizelinin dəyəri 0,12% artaraq bir ton üçün 51,74 min rubl olub. Mayeləşdirilmiş karbohidrogen qazları 1,2% ucuzlaşaraq bir ton üçün 22,31 min rubl təşkil edib. 

Bundan əlavə, mazutun dəyəri 3,49% artaraq bir ton üçün 17,99 min rubla yüksəlib. Reaktiv mühərriklər üçün yanacağın qiyməti (reaktiv yanacaq) 0,15% artaraq bir ton üçün 65,19 min rubl təşkil edib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00