Bazar, 05 May

Samanlığı təmizləyən kəndlilər parlayan məsum baxışlarla rastlaşdılar - FOTO

image

Tövləsini təmizləmək istəyən fermerlər orda gözləmədikləri sürprizlə qarşılaşıblar. Belə ki,  samanı qaldıranda oradan bayquş ailəsini aşkarlayıblar.

Sosial şəbəkədə bununla bağlı maraqlı görüntülər paylaşılıb.

Kadrlar Türkiyənin Bursa şəhərindəndir.

Məlumata görə, fermerlər quşları narahat etməmək üçün samanlığın həmin yerinə dəyməyiblər.

Onların ziyanvericilərlə mübarizədə fermerlərin dostu kimi tanınan alabayquşlar cinsindən olduğu öyrənilib. Bu quşlar tərk edilmiş binaları və xarabalıqları, həmçinin çardaqları və heyvan damlarını yuva yeri kimi istifadə edirlər.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15