Cümə, 03 May

Sezen Aksu azərbaycanlı qadından şikayətçidir - Həbsi tələb edilir - FOTO/VİDEO

image

Müğənni Sezen Aksu malikanəsinə girməyə çalışan azərbaycanlı qadını polisə şikayət edib.

Xəbər verilir ki, gecə saat 2 radələrində sənətçinin Beykozdakı villasına gedən azərbaycanlı qadın L.M.(şərti ad) onu görmək istədiyini bildirib. Mühafizəçilər artıq gec olduğu desə də, qadın zorla bağa girməyə çalışıb.

"Gedin buradan. Sezen xanımı öldürmək istəyirsiniz?", - deyərək qışqırmağa başlayıb. Bundan sonra polis çağrılıb və qadın saxlanılıb.  

Araşdırmalar zamanı məlum olub ki, bu L.M.-in müğənninin evinə ilk girmə cəhdi deyil. O, bundan əvvəl 4 dəfə eyni addımı atıb.

Sezen Aksu polisə şikayətində 2022-ci ildə həmin şəxsin oxşar hərəkəti səbəbindən evinə ziyan dəydiyi, lakin pərəstişkarı olduğu üçün onu bağışladığını bildirilib. 

L.M. həmin vaxt Novruz bayramı münasibəti ilə Aksuya şirniyyat apardığını, lakin eyni mühafizəçi tərəfindən kobud rəftara məruz qaldığını deyib:

"2022-ci ilin martında mən Sezen xanıma Novruz bayramı şirniyyatı gətirdim. Mühafizəçi A.K. (şərti ad) məni xoşagəlməz bir ifadə ilə qəbul etmədi. Bu adamla yaxşı dildə danışmağa çalışdım. Ona şirniyyat verdim. Bundan sonra yenidən Sezen Aksunun evinə getdim. Onunla vidalaşacaqdım. Eyni mühafizəçi mənə hücum etdi. Polisə mənim qapını zorla sındırmağa çalışdığımı dedi. Mənə böhtan atan A.K. adlı mühafizəçidən şikayət edirəm", - qadın deyib. 

Beykoz Prokurorluğu məsələ ilə bağlı istintaqı yekunlaşdırıb. Qadın barəsində hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək azadlıqdan məhrum etmə tələbi ilə iddia qaldırılıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15