Bazar ertəsi, 29 Aprel

Yayı bu xanımla Ancelina Colinin villasında keçirib

image

Hollivud aktyoru, 59 yaşlı Bred Pitt və fitnes məşqçisi, 32 yaşlı İnes de Ramon birlikdə romantik yay keçirirlər. 

Bu barədə “People” xəbər verir.

Cütlük bütün yayı Avropada, Ancelina Colinin Chateau Miraval villasında keçirib.

“İkisi bu yay birlikdə çox vaxt keçirirlər, çünki onlar bir-birlərindən həqiqətən həzz alırlar və bir-birlərinə çox ehtiraslıdırlar. Bu, onları birlikdə görən hər kəs üçün aydındır", - insayder vurğulayıb.

İlk dəfə Pitt və de Ramonun münasibəti ilə bağlı söz-söhbətlər ötən ilin noyabrında cütlük Los-Ancelesdə Bono konsertində, daha sonra isə aktyorun yeni “Babil” filminin premyerasında bir yerdə görüntülənəndən sonra ortaya çıxıb. Pittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, "Vampir gündəlikləri" serialının aktyoru Pol Uesli ilə evliliyi sayəsində məşhurlar cəmiyyətinə daxil olub.

Fevral ayında Uesli ayrılığa səbəb kimi "barışmaz fikir ayrılıqları" göstərərək de Ramondan boşanmaq üçün məhkəməyə müraciət edib. Həmin zaman Bred Pitt ilk dəfə yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb. Onlar Yelisey çöllərindəki “Fuquet” restoranında şam yeməyi zamanı paparassilərin obyektivinə tuş gəliblər. Aktyor klassik qara smokin, sevgilisi isə gümüşü rəngli spagetti kəmərli kokteyl paltarı geyinib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39