Şənbə, 27 Aprel

Tanınmış jurnalistə yeni vəzifə verilib

image

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işindən ayrılıb. O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Xəbər verilir ki, bundan sonra Vamiq Nəsirov əmək fəaliyyətini Dövlət Məşğulluq Agentliyində davam etdirəcək. O, Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən "Xəzər TV"-də “Xəbərlər”, “Xəzər aktual” verilişinin eləcə də, "Gündəm", "32-ci gün", "Tarixdə o gün", “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. Vamiq Nəsirov "Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir. O, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.

Vamiq Nəsirov 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36