Çərşənbə, 15 May

Çin və Rusiya arasında gərginlik – Pekindən sərt etiraz

image

Çinin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Xidmətinə və Sərhəd Xidmətinə Rusiya hüquq-mühafizə orqanlarının kobud davranışları barədə məlumat verib.

Xəbər verilir ki, olay iyulun 29-da beş çinli Qazaxıstandan Rusiyaya daxil olmaq istəyərkən baş verib.

Çin vətəndaşları Karauzek keçid məntəqəsində (Həştərxan vilayəti) dörd saat sorğu-sual edilib, daha sonra Rusiyaya girişlərinə qadağa qoyulub. Səfirliyin məlumatına görə, onların turist vizaları ləğv edilib.

Çinin aidiyyəti qurumları olayın videogörüntüsünü əldə etdikdən sonra Rusiyanın hakimiyyət orqanlarına müraciət etdiklərini bildiriblər. Məlumatda deyilir ki, Rusiya sərhədçilərinin davranışları Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur.

Bununla əlaqədar, səfirlik Rusiyadan hadisənin səbəbini izah etməyi, mənfi təsirin aradan qaldırılması və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün aktiv tədbirlər görülməsini tələb edib. Çin diplomatları həmçinin sərhəd rəsmilərindən həddindən artıq sərt davranan hüquq-mühafizə orqanlarının əməkdaşlarını araşdırmağı və Pekinə qənaətbəxş cavab vermələrini istəyiblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00