Şənbə, 04 May

İlon Mask Putinlə sülh planını müzakirə edib

image

Amerikalı iş adamı və “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask Pentaqon rəsmilərinə Rusiya prezidenti Vladimir Putinlə şəxsən danışdığını deyib. 

Xəbər verilir ki, bu barədə “The New Yorker”in məqaləsində deyilir. 

Nəşr yazır ki, Mask oktyabr ayında ovaxtkı müdafiə nazirinin müavini Kolin Kahl ilə telefon danışığı zamanı məlumatı könüllü olaraq verib. Onun sözlərinə görə, Putinlə danışıq gözəl təəssüratlarla keçib və sülh planı ilə bağlı fikirlərini bildirib.

Mask sülh planının öz versiyasını tvit etməzdən bir neçə həftə əvvəl Putinlə şəxsən danışdığını deyib və Kremllə məsləhətləşmələrinin müntəzəm olduğunu əlavə edib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15