Bazar, 28 Aprel

Əhali banklardan pulunu geri çəkir: Nə baş verir?

image

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. 

Xəbər verilir ki, bu haqda millət vəkili Vüqar Bayramov məlumat verib.

O, qeyd edib ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb:

“Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınıb.

Sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür.

Günay Bankın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügedən bankın depozit portfeli 82 milyon 507 min manat idi. 

Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39