Cümə, 03 May

Araikin istefasının ŞOK SİRRİ...

image

“Qarabağ erməniləri içində vəziyyət Şahramanyanın Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı ilə necə əlaqə quracağından asılıdır. Lakin Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ (separatçı rejim nəzərdə tutulur-red.) arasında koordinasiyalı əlaqələr daha da azalacaq”.

Xəbər verilir ki, bu sözlər erməni politoloq Qarik Keryan tərəfindən səslənib. Onun sözlərinə görə, Araik Arutyunyan hazırda yaranan problemlərin həllini tapa bilməyib.

“Əlbəttə, həll yolu tapmaq şansı da o qədər yüksək deyildi, çünki burası tanınmamış “respublikadır” və beynəlxalq əlaqələri yoxdur, lakin biz aktiv arayışları da görmədik, Arutyunyan çox tənbəl idi”, - deyə Keryan qeyd edib.

O, Araikin oturaq aksiya keçirmək qərarını təəccüblü və görünməmiş adlandırıb. Erməni ekspertin sözlərinə görə, bunu adətən müxalifət iqtidara təzyiq etmək üçün edir.

“Kulminasiya nöqtəsi Tovmasyanın (qondarma “parlament”in “sədri”) istefası və bu vəzifənin yerli müxalifətə keçməsi oldu”, - deyə o söyləyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15