Cümə, 03 May

Ukrayna Moskva yaxınlığındakı zavodu vurdu

image

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Moskva şəhəri yaxınlığında raketlər üçün elektron hissələr istehsal edən zavoda hücum edib.

Xəbər verilir ki, PUA zərbəsi nəticəsində Tomilinski Elektronika Zavodunun tədqiqat və istehsal müəssisəsi zərər görüb.

Bu barədə açıqlama verən Moskva meri Sergey Sobyanin sözügedən pilotsuz təyyarənin vurulduğunu və zavodun heç bir zərər görmədiyini iddia etsə də, bu, öz təsdiqini tapmayıb.

Belə ki, sosial şəbəkələrdə paylaşılan videoda zavodun zərər gördüyü ortaya çıxıb.

Qeyd edək ki, sözügedən hücumun Ukrayna hərbi kəşfiyyatı tərəfindən təşkil edildiyi bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15